EventsSərgiTəqdimatƏn SonƏn Son

Salvador Daliyə həsr olunan sərgini 400 min insanın ziyarət edəcəyi gözlənilir

Yanvarın 28-dən martın 25-dək Moskvada Salvador Daliyə həsr olunacaq “Salvador Dali: sehrli incəsənət” adlı sərginin izdihamlı keçəcəyi gözlənilir.

Frame.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskva şəhəri mədəniyyət departamentinin rəhbəri Aleksand Kibovski məlumat verib.

“Keçən dəfə bizdə açılan meksikalı rəssamlar Frida Kalo və Diyeqo Riveranın sərgisinə 400 min insan qatılmışdı. Biz bu rəqəmi təkrarlamaq niyyətindəyik. Bu rəqəm bizi ona görə sevindirir ki, insanlar incəsənətə bu cür maraq göstərirlər”, – deyə A.Kibovski bildirib.

Salvador Dalini unikal bir rəssam adlandıran A.Kibovski sərgiyə müxtəlif yaş qruplarının qatılacağını deyib: “Mənim üçün çox xoşdur ki, bu rəssam dövrümüzün siyasi qarşıdurmasına baxmayaraq populyar olmaqda davam edir”, – deyə departament rəhbəri əlavə edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!