Samsung Galaxy Note 7-nin alışma səbəbləri açıqlandı

Galaxy Note 7 smartfonunun istehsalçı kampaniyası Samsung alışmanın səbəbi kimi, akkumulyatorun layihələndirilməsində və istehsalı prosesində olan nöqsanları göstərir.

Bu məsələyə ciddi diqqət ayıran Samsung, təhqiqata 700 mühəndis, 200 min cihaz və 30 min batareya cəlb etmişdi. Araşdırma Çin, Vyetnam və Cənubi Koreyadakı zavodlarda keçirilmişdir.

Samsung-un, telefonlarla məşğul olan bölməsinin direktoru bildirib ki, “Mümkün problemləri Galaxy Note 7-nin satışa buraxılmasından əvvəl müəyyən edib, aradan qaldıra bilmədiklərinə görə, Samsung Electronics-in qərərgahı, bu məsələyə aid tam məsuliyyəti öz üzərinə götürür.” Bununla kifayətlənməyən şirkət müştərilərdən və biznes-partnyorlarından rəsmi şəkildə üzr də istəyib.

Keçən il olmuş bu hadisəyə baxmayaraq, Samsung hələ də dünyada smartfon istehsalında öz liderliyini qoruyub saxlayır və öz müştərilərinə yeni innovativ məhsulları təqdim etməkdə davam edir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: