Maraqlı

Samsung və Philips 3D texnologiyasından imtina edir

Texnologiya nəhənglərindən Samsung və Philips şirkətləri 2016-cı ildə buraxılacaq televizor modellərində 3D texnologiyasından istifadə etməmək qərarına gəliblər.

Samsung şirkəti bunu 3D texnologiyalı televizorlara olan tələbatın aşağı olması, eləcə də bu texnologiya ilə çəkilmiş kinofilmlərin azlığı ilə izah edir. Philips şirkətinin nümayəndəsi isə bu qərara belə aydınlıq gətirir: “3D texnologiyası artıq ölüb. Onu əslində heç kim istəmir və bu texnologiya televizor sistemlərini həddindən artıq mürəkkəbləşdirir. Bu alıcıların istədikləri bir şey deyil”.

Qeyd edək ki, Samsung və Philips televizor bazarında iki ən mühüm istehsalçılardan sayılırlar. Onların 3D texnologiyasından imtina etməsi digər şirkətləri də eyni qərar verməyə sövq edə bilər. Forbes jurnalının icmalçısı bu addımı 3D texnologiyası üçün ölüm hökmünə bərabər olduğunu bildirir.

Lakin eyni zamanda 3D texnologiyasının tənəzzülü barədə danışmaq bəlkə də hələ tezdir. Digər iki nəhəng televizor istehsalçıları sayılan LG və Sony 2016-cı ildə 3D texnologiyasını dəstəkləyən bir neçə modellərinin anonslarını veriblər. Bundan başqa 3D televizorların istehsalının dayandırılması heç də kinoteatrlardan 3D kinofilmlərin yoxa çıxacağı anlayışına gəlməməlidir.

Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!