Sarayda “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyni adlı tamaşa təqdim olunacaq

Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın «Молчи и танцуй» teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin əfsanəvi “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyni adlı tamaşa təqdim olunacaq.

Muasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq sujet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

Saat 16:00-da başlayacaq tamaşanın biletlərini iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: