Məsləhət

Sarımsaq iyini necə yox etmək olar?

Sarımsaqlı yeməkləri və sarımsaq yeməyi çox insan sevir. Lakin qoxusu gəldiyinə görə çox zaman yemək fikrindən daşınırlar. Sarımsağın iysini aradan qaldırmaq üçün sizə bir neçə məsləhətimiz olacaq.

Saqqız çeynəmək sarımsaq iysini yox etmir.

Limon yemək sarımsaq qoxusunu aradan qaldırır. Bir neçə dilim limon yemək kifayətdir. Bundan sonra saqqız çeynəyə bilərsiniz.

Əgər təzyiqiniz olduğuna görə limondan istifadə edə bilmirsinizsə, bu zaman quru çay çeynəmək məsləhətdir. Bir ovuc quru çayı ağzınızda uzun müddət çeynəyin. Dadı o qədər də xoşunuza gəlməyəcək.

Ağız yaxalayıcılarından mütləq istifadə edin.

Süd və süd məhsulları (qatıq, ayran) sarımsağın iyini azaldır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!