CinemaTəqdimatƏyləncə

“Şazam!” filminin qapalı nümayişi Park Cinemadakı aprel filmlərinə start verdi

Dünən Park Cinema Flame Towers kinoteatrında rejissor Con F.Sandberqerin, “Şazam!” sözünü söyləməklə böyük super qəhrəmana tineycer Billi Betsondan bəhs edən “Şazam!” filminin qapalı premyerası keçirildi. DC dünyasının yeddinci filmi ümumi yayıma 4 aprel tarixində çıxacaq, tamaşaçılar Park Cinema Kinoteatrlar Şəbəkəsinin IMAX 3D, LaseR və Dolby Atmos zallarında baxa bilərlər. Baş rollarda Zakari Livay (“Böyük ananın evi-2”, “Elvini və burunduki-2 “) və Eşer Encel (“Endi Mak”, “Niki Riki, Diki və Don”) çəkiliblər.  Yeri gəlmişkən Şazam rolunu Dueyn Conson ifa etməli idi, amma fanatları sosial şəbəkələr vasitəsilə xahiş etdilər ki, o Qara Adəmi oynasın. Filmin ümumi büdcəsi 80.000.000 ABŞ dolları təşkil edir.

“Şazam!” 2019-da hamının səbirsizliklə gözlədiyi premyeralardan biri idi. Biz şadıq ki, qapaılı nümayişin tamaşaçıları filmə layiqli qiymət veriblər. Bizə vacib idi ki, onlar zalı yaxşı əhval-ruhiyyə ilə tərk etsinlər və gözləntilərimiz özünü doğrultdu. Filmdə çoxlu yaxşı zarafatlar var və onlar yüksək səviyyədə ifa olunu” – Park Cinema Kinoteatrlar Şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev belə deyib.

Onun sözlərinə görə Park Cinema “kinoteatr hər kəs üçündür” konsepsiyasını davam etdirəcək. “Bu ay bizdə Azərbaycanda Frankofoniya həftəsi çərçivəsində filmlər nümayiş olunacaq. Cədvəl ilə bizim “facebook” səhifəmizdə tanış olmaq olar. Ayın 29-da isə daha bir böyük premyera olacaq – ekrana “Qisasçılar: final” çıxacaq” – Rüstəm Fətəliyev deyə bildirib.

Park Cinema Azərbaycanda ən texnoloji kinoteatrlar şəbəkəsidir. Onun tərkibinə  Flame Towers-dəki IMAX 3D, Park Bulvardakı LaseR və Metroparkdakı BirKart Dolby Atmos zalları daxildir.

Yalnız Park Cinema Azərbaycan tamaşaçılarına filmləri IMAX və 3D formatında baxmağa imkan yaradır.

Park Cinema Kinoteatrlar Şəbəkəsində filmlərin seansı üçün biletləri www.parkcinema.az saytına  daxil olmaqla, yaxud iOS и Android mobil tətbiqləri vasitəsilə əldə etmək mümkündür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!