“Park Cinema”da “Şazam!” həyəcanı!

DC genişlənmiş kainatının yeddinci filmi, yeniyetmə Billi Betsonun əhvalatrını nəql edən, komediya elementləri ilə fantastik “Şazam!” filmi artıq növbəti həftə “Park Cinema” Kinoteatrlar şəbəkəsində yayıma çıxır.

“Şazam”-ın ilk təəssüartlarına artıq dünyanın nüfuzlu KİV-lərində rast gəlmək olar.

Məsələn,“Forbes”bu filmin bəzi elementlərini “Stiven Spilberqin 80-ci illər nümunələri” ilə müqayisə edib. THR isə televiziyaya qapanmış əzələli superqəhrəman, Zakari Levayanın oyunundan qürurlanaraq, küt beyin yeniyetmənin obrazını yaratmış Zakari Levayanın oyunundan qürrələnib. “Sizin vaxtınız və pulunuz dəqiqi şəkildə buna dəyər” – “AP” agentliyi yazır.

Rejissor Devid Sandberq üçün bu üçüncü tam metrajlı film olacaq. 38 yaşlı isveç debütünü 2016-cı ildə “Və işıq sönəcək…” tam metrajlı filmi ilə etmişdi. Bir ildən sonra isə ekrana onun “Lənətə gəlmiş Annabel: şərin doğuluşu”filmi çıxdı.  “Şazam!”-ın büdcəsi 80 000 000 ABŞ dolları olsa da, mütəxəssislər əmindirlər ki, film  problemsiz bu yüksəkliyi alacaq.

Aprelin 1-də Azərbaycanda yeganə olan Park Cinema FlameTowers-in İMAX zalında filmin nümayişdən öncəki baxışı keçiriləcək ki, burada da son dərəcə vacib olan qonaqlar – media nümayəndələri, bloqerlər və digər tanınmış  simalar tamaşaçılarla birlikdə iştirak edə biləcəklər.   “Çərşənbə axşamından başlayaraq, bizim “Facebook” və “Instagram” səhifələrimizdə müsabiqə keçirilir. Müsabiqənin qalibləri nümayişdən öncəki baxışa iki nəfərlik dəvətnamə əldə edəcəklər” –  Park Cinema Kinoteatrlar Şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev belə deyib.

“Şazam!” ümumi yayıma 4 apreldə çıxacaq.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “FlameTowers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalıvar.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: