” ŞEİR YAZAN QADIN ” konserti baş tutdu

Gənc yazar-şairə Bənövşə Mahmudqızının 15.11.2017 – ci il tarixli ” ŞEİR YAZAN QADIN ” KONSERTİ baş tutdu!

Yazdığı son şeirin şərəfinə adlandırdığı ” Şeir Yazan Qadın ” Konserti bütün şeir sevənlərə Bənövşə Mahmudqızından böyük və əvəzedilməz bir hədiyyə oldu. Konsertdə şairə xanımın köhnə və yeni, seçmə şeirləri gitara və skripka müşayiətində iki gənc qiraətçi – Qadir Bürc, Səməd Səmədzadə, balaca qiraətçi – Gülarə Bayramova, həmçinin Bənövşə Mahmudqızının öz qiraətində səsləndirilmişdir. Gitarda Eren Mumcu, skripkada isə Kənan Vaqifoğlu öz ifaları ilə konsertə rəng qatmış oldular. Həmçinin, onu da qeyd edək ki, bu möhtəşəm konsert ” Kamancı Cafe ” də həyata keçirilmişdir.

Konsertin adına layiq görülmüş ” Şeir Yazan Qadın ” şeirini sizlər üçün təqdim edirik:

” ŞEİR YAZAN QADIN ”

Siz mənə baxanda bir qız görürsüz,

Bəzən uşaq deyib gülürsüz…

Bəs siz bilirsiz?

Uşaq kimi görünən,

Şıltaq və deyib – gülən, Dəlisov bu qız,

Hər şeir yazanda qadına dönür…

Kimisi ovunur, kimisi yanır,

Şeirlərdə hər bir söz Yaşanaraq yazılır…

Heç bir dostu yox onun,

Şeir yazan qadının,

Bircə ürək sirdaşı Kipriyində göz yaşı, Yazdığı şeirlərdir.

Siz mənə baxanda bir qız görürsüz…

Müəllif : Bənövşə Mahmudqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: