EventsMusiqiTəqdimat

“Selector PRO” incəsənət proqramı çərçivəsində “Lisenziyalaşdırma və müəlliflik hüququ” mövzusunda seminar təşkil edib

Yanvarın 29-da “British Council Azerbaijan” “Selector PRO” incəsənət proqramı çərçivəsində “Lisenziyalaşdırma və müəlliflik hüququ” mövzusunda seminar təşkil edib. Bir günlük seminar Azərbaycanın musiqi sahəsi üzrə aparıcı mütəxəssislərini bir araya gətirib.

Frame.az xəbər verir ki, seminar Britaniya Şurası və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

“Alov qüllələri”ndəki keçirilən seminarda bildirilib ki, təlimdə Azərbaycan auditoriyası Britaniya musiqisinin spesifik xüsusiyyətləri barədə ətraflı məlumatlandırılacaq.

Seminar Birləşmiş Krallıqda redaktor, jurnalist və KİV sahəsi üzrə sahibkar kimi fəaliyyət göstərən Kris Kuk tərəfindən keçirilib. Musiqi biznesi sahəsini əhatə edən CMU şirkətinin həmtəsisçisi və idarəedici direktoru olan Kris Kuk müasir cəmiyyətin musiqi tendensiyaları, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini təqdim edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!