EventsIqtisadiyyatTəhsilTəqdimat

“Embedded idarə etmə sistemləri” mövzusu üzrə seminar keçiriləcək

Azərbaycan Elm Assosiasiyası Qafqaz Sport Hotel-də 16-17 fevral 2019-ci il tarixində saat 11:30-da Elman Kərimli və Nicat Ibrahimovla əməkdaşlıq çərçivəsində “Embedded idarə etmə sistemləri” mövzusu üzrə seminar keçirəcək. Seminar 2 gün üzrə 2 hissədən ibarət olacaqdır.

Embebbed İdarə etmə sistemləri mikrokontroller, sensor, actuator və idarə etmə mexanizmindən(proqram təminatı) ibarət sistemlərdir. Geniş sahəni ehatə etdiyindən, onun tətbiqini robotlarda, məişət əşyalarında,avtomobillərdə, avtonom uçan obyektlərdə (drone, təyyarə və s.) görmək mümkündür.

Seminar çərçivəsində mikrokontrollerin düzgün proqramlamaq qaydaları və kommunikasiya interfeysləri ilə işləmək üsullarına dair mülahizələr paylaşılacaq. Eyni zamanda, analoq/rəqəmsal və rəqəmsal/analoq çeviriciləri barəsində də məlumat veriləcəkdir. Son olaraq, real-time operating sisteminin necə işlədiyi və idarəetmə nəzəriyyəsi ilə bunların necə inteqrasiya olunduğu mövzusuna da toxunulacaqdır.

Təqdimatçı – Elman Kərimli və Nicat İbrahimov

Məkan – Qafqaz Sport Hotel

Tarix – 16-17 fevral 2019-ci il

Saat – 11:30-13:30

İştirak pulsuzdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!