Sergey Sirotkin Formula 1-in pilotu kimi ilk dəfə Azərbaycan Qran-Prisində starta çıxacaq

Sergey Sirotkin Formula 1-in pilotu kimi ilk dəfə Azərbaycan Qran-Prisində starta çıxacaq. Lakin o, artıq burada GP2 və Formula 2-də dörd yürüş keçirib. 2016-cı ildə o, podiuma iki dəfə qalxıb, 2017-ci ildə isə travma almış Aleksandr Elbonu bir mərhələdə əvəz edərək finişə 10-cu və 4-cü çatıb.

Frame.az xəbər verir ki, Sergey Sirotkin Bakı trasının özünəməxsusluğundan danışaraq deyib: “Bu trasda istənilən səhv ya toqquşmaya, ya ciddi vaxt və mövqe itkisinə gətirib çıxarar. Ona görə də burada nəzəri maksimuma çatmağa can atmamaq, lakin trasda konkret şəraitdə maksimum nəticəyə nail olmaq daha vacibdir. Kim özünə arxayındırsa, dövrə-dövrə yeni rezervlər axtara bilər.

Hamar örtük səbəbindən yürüş vaxtı ön təkərlərin, yaxud əyləcin qızması ilə bağlı çətinlik yarana bilər, habelə arxa təkərlərin həddən artıq qızması nəticəsində mikrosürüşmələr və sürətdə çoxsaylı artıb-azalma baş verə bilər”, – deyə Sirotkin qeyd edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: