Sergey Sirotkin üçüncü sərbəst yürüşdə qəza törədib

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə qəza baş verib.

Frame.az xəbər verir ki, “Williams” komandasının pilotu Sergey Sirotkin dönmə hərəkətini düzgün yerinə yetirə bilməyib. O, idarəetməni itirərək bolidini baryerə çırpıb. Nəticədə maşın sıradan çıxıb. Marşallar dərhal müdaxilə edərək pilotu təxliyə ediblər. Bolid xüsusi texnika ilə trekdən kənarlaşdırılıb.

S.Sirotkin sərbəst yürüşü dayandırmağa məcbur olub. Onun bolidinin sıralanma turuna qədər yenidən təmir olub-olunmayacağı maraq doğurur.

Qeyd edək ki, sıralanma turu bu gün saat 17:00-da başlayacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: