Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq

24 oktyabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “Gənclər Şəbəkəsi”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Dekorativ-Tətbiqi Sənət Festivalı” çərçivəsində gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi nümayiş olunacaq.

Sərgidə Azərbaycan xalça növləri özünəməxsus şəkildə dünya rəssamlarının əsərlərində nümayiş olunacaq. Məhz “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” sərgisi üçün hazırlanan 20 əsər öz orijinallığı ilə seçilir. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir.

Fəridə Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalçaçı rəssam ixtisasında təhsil alıb, çoxsaylı sərgi, plener və festivallarda iştirak edib. Uzun illər Gənclər Şəbəkəsi təşkilatının icraçı direktoru vəzifəsində çalışıb.

Sərginin açılışı 24 oktyabr 2018ci il tarixində saat 19:00 baş tutacaq və 31 oktyabr tarixinədək davam edəcək.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az
Şərab dəstəyi: GALA brendi

Giriş sərbəstdir

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: