ADO teatrında gənc rəssamların işlərindən ibarət qrup sərgisi keçiriləcək

“Qırmızı Bazar” adlı sərgi sentyabrın 11-i saat 20:00`da baş tutacaq. Həmçinin sərgidə işlərin satışı da təmin olunacaq və siz istədiyiniz işi ala biləcəksiniz.

Sərgidə rəssamlar Leyla Quliyeva, Nəzrin Xələfova, Şahin Quliyev, Nəzrin Məmmədova, Rza Rzazadə və Cavid Vəlizadənin işləri nümayiş olunacaq.

Həmçinin sərgi zamanı ADO`nun “Xidmətçiləri” sizi müşayiət edəcək. Cleaner`lar adlanan yeni proyekt Tbilisidən sonra Bakıda – “Qırmızı Bazar” sərgisində təqdim olunacaq. Tarı ilə Magi sizləri şəraba qonaq edərək rəssamların işləri ilə tanış edəcəklər.

Ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır. ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2013-cü ildə yaranıb və yarandığı gündən tamaşalarla yanaşı incəsənətin müxtəlif sahələri ilə məşqul olur.

Giriş: Sərbəst!
Ünvan: Mirzəağa Əliyev 245 // ADO Theatre – Collective
Tel: 050 394 48 64 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: