İstanbulda keçiriləcək beynəlxalq sərgidə ölkəmizi Lalə Ağayeva təmsil edəcək

İstanbul Antik Otelinin 2-ci və 3-cü mərtəbələrində yerləşən 1500 illik Roma-erkən Bizans dövrlərinin tarixi izlərini qoruyaraq bu günlərə qədər gətirib çıxaran Antik Cisterna sərgi salonunda 16 Noyabr- 6 Dekabr tarixləri ərzində “Sanat ve Tarih Buluşması” adlı sərgi keçiriləcəkdir.

Bu sərgi sənət işığında gələcəyə bir körpüdür və dünyanın hər yerindən gələn qonaqlara bizə həvalə olunan tarixlə birlikdə fərqli sənət cərəyanları və fənlərindən orijinal əsərləri görmək imkanını təqdim edir.

Türkiyənin fərqli şəhərlərindən və xaricdən qatılan sənətçilər Selda Özhan Alp, Lala Aqaeva, Emre Baykara, Zehra Atalay, Pelin Aydemir, Aslı Ekim, Aysel Erkən, Olca Yavuz Düzgün, Seher Eyri Gənc, Öznur Çömçə, Çağlar Tağcı, Fikrət Yörük və Efnan Yüce’nin orijinal sənət əsərlərinin nümayiş olunduğu sərgiyə bütün sənətsevərlər dəvət olunur.

Qeyd edək ki, sözü gedən sərgidə ölkəmizi həmyerlimiz rəssam Lalə Ağayeva “Xarı Bülbül” əsəri ilə təmsil edir.

Sərginin kuratoru Murat Küçükkayalıdır.

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: