Əsərləri akvarel sərgisində nümayiş olunacaq rəssamlar müəyyənləşib

“IWS Globe” Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”in təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə açılacaq “Su və rəng ahəngi-2021” akvarel sərgisində iştirak edəcək rəssamlar müəyyənləşib.

Xətai Sənət Mərkəzindən Frame.az-a bildirilib ki, sərgidə iştirak etmək üçün 100-dən çox müraciət qeydə alınıb. Onların arasından “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən 51 iştirakçı müəyyən edilib. Seçilmiş rəssamlar iyulun 10-dək əsərlərini çərçivələnmiş vəziyyətdə Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.

Xatırladaq ki, sərgi iyulun 15-də Xətai Sənət Mərkəzində təşkil olunacaq.

Sərginin informasiya tərəfdaşı Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: