Gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq

“Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi təşkil edəcək.

Frame.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşan sərgiyə hər kəs qatıla bilər.

Yağlı boya janrında olacaq əsərlən ölçüsü 50×70-dən az olmamalıdır. İştirakçılar əsərlərinin ölçüsünü, fotosunu (kiçik ölçüdə), rəssamın adını və əlaqə nömrəsini qeyd edərək martın 30-dək sergi@artscouncil.az elektron ünvana göndərə bilərlər. Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Apreldə müsabiqənin yekunu olaraq seçilmiş əsrlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur. Sərginin kuratoru Türkan Cəfərzadədir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: