Bakı Fotoqrafiya Evi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı “Azərbaycan məscidləri” adlı foto-sərgi elan edir!

İDTMQİ-nin “İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi yarandığı gündən maraqlı və yadda qalan tədbirlər, foto-sərgilər, layihələr, və müsabiqələr keçirir. Bu tədbirlər zamanı gənc və yaradıcı insanlara xüsusi yer ayırmaqla İçərişəhərin təbliğatı istiqamətində təqdirəlayiq addımlar atır.

Bakı Fotoqrafiya Evi növbəti dəfə“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı ilə birlikdə “Azərbaycan məscidləri” adlı foto-sərginin keçirilməsi ilə bağlı elan verir. Layihənin ideya müəllifi Dadaş Məmmədovdur.

Həvəskar və peşəkar fotoqrafların iştirak edə biləcəyi Foto-sərgi 19.03.2020-ci tarixdən 01.04.2020-ci il tarixinədək 10 gün davam edəcəkdir. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Diqqət!
İştirak etmək arzusunda olan hər kəs çəkdiyi fotoları 15 mart 2020-ci il tarixinədək sergi@artscouncil.az elektron ünvana göndərə bilər:

Sərginin nümayiş məkanı: İçərişəhər, İ. Əfəndiyev küç,47, Bəylər məscidi

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: