IdmanƏyləncə

Serie A 12-ci tur

Torino 5 – 1 Cagliari
Napoli 1 – 1 Lazio
Pescara 0 – 4 Empoli
Chievo 1 – 2 Juventus
Genoa 1 – 1 Udinese
Palermo 1 – 2 AC Milan
Sassuolo 0 – 3 Atalanta
Fiorentina 1 – 1 Sampdoria
İnter 3 – 0 Crotone
Roma 3 – 0 Bologna

İtaliya A seriyasının 12-ci turunun açılış oyununda Torino Kalyari komandası ilə üz-üzə gəldi. 5:1 hesabı ilə qələbə qazanan Sinişa Mihayloviç’in yetirmələri turnir cədvəlində 7-ci pilləyə yüksəldilər. Turun ən maraqlı qarşılaşması Neapol’da baş tutdu.

Latsio komandasını qəbul edən Napoli bu turda da qələbə üzünə həsrət qaldı. İlk hissədə hər iki komandanın fərqlənmək üçün şansları olsa da hesab açılmadı. İkinci hissədə təzyiqi artıran ev sahibi Napoli tezliklə hesabı açmağa müvəffəq oldu. Marek Hamşik fərdi ustalığı sayəsində rəqib müdafiəçini keçərək topu uzaq küncə göndərdi 1:0. Lakin ev sahibi komandanın sevinci çox çəkmədi. Oyunun 54-cü dəqiqəsində Balde Keyta’nın zərbəsindən sonra qapıçı Reyna kobud səhvə yol verərək qapısında qol gördü 1:1.

Qoldan sonra Napoli komandası rəqib qapısı önündə bir neçə qol imkanı yaratsa da qələbə qolunu vura bilmədi və nəticədə komanda 3 vacib xal itirdi. Son illərin dəyişilməz çempionu Turin’in Yuventus komandası bu turda səfərdə Kyevo komandası ilə qarşılaşdı. İlk hissəsi sönük keçən matçda hesab açılmadı. İkinci hissədə təzyiqi artıran Yuve oyunun 52-ci dəqiqəsində hesabı açdı. Kuadrado’dan gözəl ötürmə alan Mario Mandzukiç topu Sorrentino’nun qapısından keçirtdi 0:1.

Qeyd edək ki, bu Xorvatiya’lı forvardın cari çempionatda vurduğu ikinci qol oldu. Oyunun 65-ci dəqiqəsində ev sahibi Kyevo komandası Pellisyer’in 11 metrlik cərimə zaərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi 1:1. Lakin Turin təmsilşisi Kyevo səfərindən üç xalı qoparmağı bacardı. Komandanın yeni transferi Miralem Pyaniç’in cərimə zərbəsindən vurduğu qol Yuve’yə qələbə gətirdi.

Son turlar inamlı tə’sir bağışlayan Atalanta səfərdə Sassuolo klubuna 3:0 hesabı ilə qalib gəldi. Baş məşqçisiz qalan İnter nəhayət ki, bu turda qələbə qazanmağı bacardı. Cenoa-Udineze və Fiorentina-Sampdoriya matçlarında qalib müəyyənləşmədi. Hər iki oyun 1:1 hesabı ilə başa çatdı.

Milan çətinliklə də olsa Palermo səfərindən 3 xalla qayıtdı. Peskara-Empoli oyununda qonaq komanda 0:4 hesabı ilə qələbə qazandı. 12-ci tura Roma-Bolonya matçı ilə yekun vuruldu. Oyunun favoriti hesab olunan ev sahibi komanda gözlənildiyi kimi qələbə qazandı.

3:0 hesabı ilə qələbə qazanan paytaxt klubunun hər üç qolunun müəllifi Misir’li futbolçu Salah oldu.

( PƏRVİN BAYRAMOV )

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!