Serie A 8-ci tur

Napoli 1 – 3 Roma

Pescara 1 – 1 Sampdoria

Juventus 2 – 1 Udinese

Fiorentina 0 – 0 Atalanta

Genoa 0 – 0 Empoli

Inter 1 – 2 Cagliari

Lazio 1 – 1 Bologna

Sassuolo 2 – 1 Crotone

Chievo 1 – 3 AC Milan

Palermo 1 – 4 Torino

TƏHLİL: Serie A-nın 8-ci turunun mərkəzi oyunu Napoli və Roma komandaları arasıda baş tutdu. Hesab oyunun 43-cü dəqiqəsində açıldı. Kulibali’nin kobud səhvindəın istifadə edən Salah topu əlverişlı mövqedə Dzeko’ya atdı. Oda öz növbəsində topu tordan keçirtməyə şətinlik çəkmədi 0:1.

Keçən mövsüm qol epizodlarını daha çox xərcləməklə məşğul olan Dzeko bu oyunda inamlı tə’sir bağışladı. İkinci hissənin əvvəlində Dzeko cərimə zərbəsindən ötürülən topa hamıdan tez yetişərək 2-ci topu Napoli komandasının qapısından keçirtdi 0:2. Az sonra Napoli hesab arasındakı fərqi azalda bildi, Kulibali fərqlənərək ilk hissədə etdiyi səhvin əvəzini qismən də olsa ödədi 1:2. Bu qol Napoli’ni ümidləndirsədə fərqlənən tərəf Roma komandası oldu.

Salah yaxın məsafədən Reynanın qapısına 3-cü topu vurdu 1:3. Çempionatın əsas favoriti Yuventus bu tur öz meydanında Udineze klubunu qəbul edirdi. Oyun heç də Yuve üçün yaxşı başlamadı. Matçın 30-cu dəqiqəsində Yankto uzaq məsafədən Buffon’u cəzalandırdı 0:1. Lakin fasilə ərəfəsində Yuventus status-kvo’nu bərpa etdi. Dibala cərimə zərbəsindən baxımlı qola imza atdı 1:1. İkinci hissənin əvvəlində Aleks Sandro’ya qarşı cərimə meydançasında edilən kobudluq nəticəsində Udineze komandası penalti ilə cəzalandırıldı. Nöqtəyə yaxınlaşan Dibala rəqibi ikinci dəfə tordan çıxartmağa məcbur etdi 2:1. Bu qələbə nəticəsində Yuventus liderliyini davam etdirdi.

Kyevo komandasını səfərdə 3:1 hesabı ilə məğlub edən Milan turnir cədvəlində 3-cü pilləyə yüksəldi. Cenoa-Empoli və Fiorentina-Atalanta matçlarında hesab açılmadı.İnter komandası isə bu dəfə də azerkeşlərini üzdü.

Öz meydanında debütant Kalyari komandasına 1:2 hesabı ilə məğlub olan göy-qaralar turnir cədvəlində 11-ci pilləyə endilər. Peskara-Sampdoriya oyununda tərəflər hərəyə 1 qol vuraraq qalibi müəyyən etmədilər 1:1.

İngiltərə milli komandasının əsas heyət qapıçısı Hart’ın şərəfini qoruduğu Torino komandası səfərdə Palermo’nu 4:1 darmadağın etdi.

(PƏRVİN BAYRAMOV).

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: