Sevgini Dünyadan Bakıya Daşıyın

Azərbaycanda fəaliyyət göstərən bütün gül dükanlarını özündə birləşdirən Buket.al onlayn gül mağazası yanvarın 1-dən  sevənlərin, gül pərəstışkarlarının xidmətindədir.

Layihəni qurmaqda əsas məqsəd alıcıların bütün gül və hədiyyə sifarişlərini təhlükəsiz şəkildə hazırlayıb sevdiklərinə çatdırmaqdır.

Təsisçilər bu məsuliyyətli işin nə qədər əhəmiyyətli olduğunu bilirlər. Məhz buna görə sifarişin hər addımını izləyib, seçilən məhsulların keyfiyyətinə xüsusi diqqət ayırırlar. Söz verilən vaxtda və ünvanda olmaq işlərinin əhəmiyyətli parçasıdır və məhz bu meyarlara əsasən qısa zaman ərzində artıq onlarla sifariş həyata keçiriblər.

Buket.al-ın əsas devizi olan “Sevgi Daşıyırıq” şüarı heç də təsadüfdən seçilməyib. Bu onlayn mağaza vasitəsi ilə dünyanın dörd bir yanından sevginizi Bakıya daşıya bilərsiniz.

Onlayn mağaza Vergilər Nazirliyində qeydiyyatdan keçib, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında rəsmi fəaliyyət göstərir.

Sifarişləri yalnız Bakı və ətrafı rayonlara çatdırabilən mağaza çox qısa vaxt ərzində öz şəbəkəsinə Sumqayıt, Gəncə kimi böyük şəhərləri də əlavə edəcəkdir.

Siz sevginizi etiraf edin, Buket.al sahibinə daşısın!

Buket.al https://www.buket.al/

Frame.az 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: