“Sevil” operası nümayiş ediləcək

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi ölkə miqyasında müxtəlif tədbirlərlə geniş qeyd olunur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da bu yubileyə öz töhfəsini verməyə hazırlaşır.

Teatrdan Frame.az-a bildirilib ki, oktyabrın 27-də sənət ocağında C. Cabbarlının “Sevil” pyesinin motivləri əsasında görkəmli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyniadlı operanın tamaşası nümayiş ediləcək.

C.Cabbarlının xatirəsinə həsr olunmuş tamaşada əsas rollarda Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əliəhməd İbrahimov və Tural Ağasıyev çıxış edəcək.

Opera dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov tərəfindən idarə olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: