EventsMusiqiTəqdimat

Sevil-Sevinc bacıları vətənpərvər layihəyə imza atdılar

9 noyabr “Bayraq günü”-münasibəti ilə tədbir keçirilib.

Nəsimi rayonu, İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə Sevil-Sevinc və Elvin Muxtarın yeni vətənpərvər ruhda olan mahnılarının dueti təqdim olunub. “Azərbaycan bayrağı” adlanan mahnıya ekran işi də çəkilib.

Frame.az-a müsahibələrində səbəbkarlar tədbirin mahiyyətindən danışıblar.

Sevil Sevinc: Təklif Nəsimi rayonu, İcra Hakimiyyətindən gəldi. Təklif gələndə sevə-sevə qəbul etdik. İlk növbədə Elvin Muxtara təşəkkür etmək istəyirik. Onun sayəsində hər zaman maraqlı işlərə imza atmışıq. Bu duetimizi kim dinləyibsə, çox xoşuna gəlib. Əslində özümüzün ifası duet sayıldığına görə, duet oxumağı sevmirik. Həm Elvinin səsini çox sevdik, həm də bayrama xüsusi hazırlaşmaq istədik. Hava yaxşı oldu. Çəkilişlərimiz gözəl şəkildə keçdi. Nə işimiz olsa da, bu təklifi dəyərləndirəcəkdik. Çəkilişlərdə Gülya xanımın çox əməyi oldu. Hər bir detala xüsusi diqqət yetirirdilər. Çəkilişlərdə iki yüzdən çox uşaq iştirak etdi. Onların hər birinin qayğısına qalırdı. Buna qədər, Nəsimi Rayon İcra Hakimiyyəti ilə bir çox tədbirlərdə olmuşuq. Tər-tərdə əsgərlərimizin qarşısında çıxışımız olub. Mahnı olaraq isə ilk işimiz oldu. Bu pilləyə gəlmək üçün çox çalışmışıq. Bizdən əlavə çox gənclər var. Təklifin bizə edilməsinə görə çox şanslıyıq.”

Elvin Muxtar: Azərbaycanın gəncləri olaraq bu layihədə iştirak etməyi özümüzə borc bilirik. Duet üçün ağlıma gələn ilk isimlər Sevil- Sevinc bacıları oldu. Milyonlarla sevənləri və örnək alanları var. Bu mövzunu birgə işlədik ki, vətənə və bayrağa olan sevgini izləyicilərə çatdıra bilək. Bu layihədə çox adamın əməyi var.”

Tədbirin aparıcısı Azər Süleymanlı : Böyük layihə oldu. Klip kimi təqdim etmək düzgün olmaz. Bu işin istər, müəlliflər olsun, istərsə də böyük tamaşaçı kütləsi olan gənclərə həvalə olunması, bu sevginin daha da artmasına səbəb olur. Kamera arxasında çox sayda insanın bu layihənin ərsəyə gəlməsində böyük rolu olub.”

(Tural Hüseyn)

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!