Faydamız OlsunPR-TanıtımRevizorSağlamlıqTəqdimat

Ailənizin “Sevimli Dad”-ı

“Milk – Pro” MMC 1991 – ci ildə tibbi – bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilmişdir.
İlk əvvəllər şirkət müalicəvi- diyetik süd məhsulları (bifido və laktobakteriya əsasında) istehsalı üzrə ixtisaslaşıb.

Bazarın konyukturasını nəzərə alaraq, 1994 ildən başlayaraq “Milk – Pro” MMC istehsal etdiyi müalicəvi süd məhsulları ilə yanaşı xama, kəsmik, qatıq və s. kimi ümumi süd məhsulları da istehsal etməyə başlayıb. Həmin dövrdən başlayaraq, istehsal edilən məhsulların çeşid sayını 3 addan 50 ada qədər qaldırmağa nail olmuş və bunun nəticəsində süd və süd məhsullarının satışı üzrə ölkədə və ölkə hüdudları xaricində Azərbaycanın bu sahəsinin lideri olaraq tanınmışdır.

Qeyd edək ki, süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır,  orqanizm tərəfindən çox tez və asan mənimsənilir.

Bundan əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.

Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur.

Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar. Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur. Nəticədə, orada “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə yol açır.

Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.

Kefirin tərkibində süd turşusundan əlavə spirt (təxminən 0,6%) və karbon qazı var. Kefir qanazlığı və iştahasızlıq, yaşlı adamlarda tez-tez təsadüf edilən bağırsaqların zəif işlənməsi  zamanı xüsusi xeyirlidir. Kefir sidikqovucu xüsusiyyətinə malikdır və bu səbəbdən çəkisi artıq olan insanlara, şəkərli diabet, böyrək və ürək xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox xeyirlidir. Bu xəstəliklər şişkinliklərlə müşayiət olunur. Kefir isə öz sidikqovucu təsirinə görə bu şişkinliklərlə mübarizədə yaxşı effekt verir.

Kefir kolit, qastrit, qara ciyər, ağ ciyər, bronxit, ateroskleroz, hipertoniya və s. xəstəlikləri zamanı çox xeyirlidir. Lakin mədə şirəsinin ifrazı artıq dərəcədə olduğu zaman həkimlər kefiri qəbul etməyi tövsiyyə etmirlər.

Yaponiyalı alimlər aşkar ediblər ki, kefir hətta xərçəng hüceyrələrinin yayılmasının sürətini azaldır və immun sistemini aktivləşdirir. Həkimlər onu xroniki infeksiyaları (məsələn, herpes) olan xəstələrə tövsiyə edirlər. Səkitləşdirici təsirinə görə kefir yuxusuzluq və nevrozlarda kömək edir. Bu səbəbdən həkimlər yatmamışdan əvvəl 1 stəkan yağı az olan kefir içməyi məsləhət görürlər.

Daha bir süd məhsulu olan asidofilin mədə-bağırsaq, qara ciyər xəstəlikləri, zəhərlənmələr və dizenteriya zamanı gözəl müalicəvi effekt verir.

Kəsmikdə xeyli miqdarda zülal, kalsium və fosfor var. Bu səbəbdən kəsmik, xüsusən yağsız, osteoporoz (sümüklərin sıxlığının azalması), ürək xəstəlikləri, vərəmin profilaktikasında mühüm rol oynayır. Kəsmik uşaq, yeniyetmələrin və yaşlı insanların gündəlik rasionunda olmalıdır.

2001–ci ildən isə “Milk – Pro” MMC şirkəti keyfiyyətin idarə olunması, Beynəlxalq Keyfiyyət Standartı İSO 9001 istehsalatda tətbiq edir.

Ciddi texnoloji tələblərə uyğun olan hər bir istehsal olunan məhsul sertifikatlaşdırılıb.

Şirkətin ağardıcı və süd məhsulları hal-hazırda bazarda “Sevimli-Dad” markası ilə təqdim olunur. Bu marka yarandığı gündən etibarən öz dadı, keyfiyyəti ilə alıcıların sevimli məhsulları siyahısında özünə məxsus yerini tutmaqdadır.

Gündəlik rasionunuzda “Sevimli-Dad”-ın süd və ağardıcı məhsullarından istifadə etməklə sağlamlığınızı qoruyun.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!