FinansIqtisadiyyatTəqdimat

Sığorta şirkəti rekord ödəniş həyata keçirib

Sığorta şirkəti özü üçün rekord olan və ölkənin sığorta tarixində ən böyük ödənişlərdən birini həyata keçirib.

Ölkəninqida sənayesinin müəssisələrindən birində qısa qapanma nəticəsində yanğın baş vermişdir. Obyekt AZSIĞORTA tərəfindən sığortalanmışdır, hansı ki, sığorta hadisəsi üzrə 900 min manatdan artıq ödəniş edib.

Qeyd edək ki, AZSIĞORTA şirkəti əmlak sığortasısahəsində böyük təcrübəyə malikdir. Azərbaycanın regionlarında son bir neçə ildə 2 zəlzələ vəbir neçə daşqın, Bakıda isə güclü külək və güclü leysan kimi təbiət hadisaləri baş vermişdir. Operativ ödənişləri təşkil etmək üçün şirkət, hər belə hadisə zamanı gücləndirilmiş iş rejiminə keçməklə reaksiya verib. Misal üçün, bu yaxınlarda, sentyabr ayının 23-də Bakıda baş verən leysan zamanı birinci ödəniş artıq hadisədən 5 gün sonra edilmişdir.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində fiziki və hüquqi şəxslər tərəfindən sığortalanan əmlaka görə AZSIĞORTA-nın ödənişləri 1,7 mln.manatı keçib.

AZSIĞORTA 2006-cı ildən bazarda fəaliyyət göstərir və Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən «B» sabitlik reytinqi alaraq, ölkənin ən stabil sığorta şirkətlərindən biri sayılır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!