“Silk Way” aviaşirkəti hava gəmiləri parkına daha bir “Boeing 747” yük təyyarəsi əlavə etmişdir

Azərbaycanın milli yük aviadaşıyıcısı“Silk Way”-in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil olmuşdur.

Bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir.

Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: