Silverstoun ən azı 2022-ci ilədək Formula 1 Qran-Prisinə ev sahibliyi edəcək

Formula 1 çempionatının Böyük Britaniya Qran-Prisi bundan sonra da Silverstounda keçiriləcək. Tərəflərin əməkdaşlıq barədə bağladıqları yeni saziş 2022-ci ilədək nəzərdə tutulub.

Frame.az “Motorsport Monday” nəşrinin redaktoru Co Seyvarda istinadla xəbər verir ki, Silverstounda yürüşlər bu mövsümdə sonuncu ola bilər. Əvvəlcə razılaşma 2026-cı ilədək olan müddətə bağlanılıb. Lakin 2017-ci ildə Britaniya tərəfi maliyyə problemləri ilə bağlı sazişin vaxtından əvvəl pozulması variantını aktivləşdirib.

Yeni razılaşmanın şərtləri hələ açıqlanmayıb. Bununla yanaşı, Seyvard əmindir ki, tərəflər bütün detalları qabaqcadan təfsilatı ilə müzakirə edərək razılığa gəliblər.

Qeyd edək ki, Silverstounda yürüş Formula 1 çempionatının 1950-ci ildə təşkil olunmuş ən birinci mövsümündən bəri keçirilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: