“Simurq quşu” baleti Mariya Teatrında təqdim ediləcək

Avqustun 15-dən 20-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin truppası Rusiyanın şimal paytaxtında qastrolda olacaq. Truppa Sankt-Peterburq Mariya Teatrında “Apollon”, “Simurq quşu” və “Jizel” baletlərini təqdim edəcək.

Frame.az teatrın saytına istinadla xəbər verir ki, avqustun 15-də nümayiş etdiriləcək “Simurq quşu” baletinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir.

E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: