EventsMədəniyyətQalereyaSərgiTəqdimat

Sinqapurda azərbaycanlı rəssamların rəsm sərgisi açılacaq

Fevralın 16-da Sinqapurun “Visual Art” Mərkəzində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin dəstəyi, ölkəmizin İndoneziyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə 15 rəssamın 50-dən çox sənət əsəri təqdim olunacaq. Bu barədə Frame.az-a Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxışəliyev məlumat verib.

Bildirib ki, fevralın 22-dək ziyarətçilər üçün açıq qalacaq sərginin təşkil olunmasında məqsəd ölkəmizin mədəniyyətini dünyada təbliğ etmək, Azərbaycan gənclərinin nə qədər istedadlı və vətənlərini sevdiklərini bir daha nümayiş etdirməkdir.

“Bu sərgi sərgisi Sinqapur mətbuatının diqqət mərkəzindədir. “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən Azərbaycan mədəniyyətini xarici ölkələrdə təbliğ etmək məqsədilə gənc rəssamlarımızın sərgilərini keçirir. İndiyədək Bolqarıstanda, Belçikada, Fransada, İtaliyada, İsveçrədə, Polşada, Çex respublikalarında, habelə Macarıstanda, Böyük Britaniyada, Lüksemburq və Birləşmiş Ərəb Əmirliklərində 18 sərgi açılıb, bu sərgilərdə 325 rəssamın 1500-dən çox rəsm əsəri nümayiş olunub”, – deyə İ.Baxışəliyev söyləyib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!