Arxitektura-DizaynFashionMədəniyyət

Şirvanşahlar sarayında möhtəşəm dəb şousu-fotolar

Xəbər verdiyimiz kimi mayın 23-dən Silkway Fashion Festival adlı unikal dəb festivalı öz işinə başlıyıb.

Artıq dəb sevərlər bir-birindən maraqlı və yadda qalan defilələrin şahidi olublar.

Bu il festivalın təşkilatçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azerbaijan Fashion Week olduğu üçün defilələrin bəzilərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində keçirilməsi nəzərdə tutulub.

Bu gün dəb sevərlərə Şirvanşahlar sarayında möhtəşəm DASTAN dəb şousu nümayiş olunub. Sarayın həyətinə toplaşan izləyicilər yeni gümüş aksesuarlarla yanaşı, milli sərvətimiz olan kəlağayıları da izləmək şansı əldə ediblər.

Qeyd edək ki, Silkway Fashion Festivalı Bakıda parlaq və konseptual şoular ilə zəngin olan və gələcəkdə mütəmadi olaraq keçiriləcək ilk belə festivaldır. Festival çərçivəsində İçəri Şəhərdə həmçinin Pet Show keçiriləcək, hansı ki, populyar dəb və incəsənət nümayəndələri öz heyvanları ilə brilikdə iştirak edəcəklər.

Mərasimin xüsusi proqramını şəhərin bütün tanınmış nöqtələrində tapmaq olar. Həmçinin, Dəb Həftəsinin tövsiyə etdiyi şəhərin ən qeyri-adi və maraqlı kafe, restoran, incəsənət qalereyalarında və s. “AFW tövsiyə edir” adlı stikerlərinə də fikir verməyə dəyər.

Payız-Qış 2017/2018 mövsümü Dəb həftəsi ümümilikdə 23-27 May tarixlərində baş tutacaq. Həmçinin Həftə boyunca qonaqların və ziyarətçilərin bu mövsümdə təqdim edilən və digər dizaynerlərin geyimlərini əldə edə biləcəkləri şourum açıq olacaq.

Bu günki defilədən fotoları sizə təqdim edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!