SağlamlıqSosialTəqdimat

Sizdən ötrü qan verməyə cümlə hazırız!

“ASAN xidmət” 14 iyun – Ümumdünya Qan Donoru Günü münasibəti ilə vətəndaşlara sosial çağırış edib.

Belə ki, qurumun sosial şəbəkə hesablarında talassemiyalı uşaqlara dəstək məqsədi ilə fotolar paylaşılıb. Paylaşımda onlar üçün hər kəsin qan verməyə hazır olduğu sosial çağırışı əks olunub.

Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.

Könüllü qan donoru olmaq istəyən şəxslər Bakı şəhərində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrinə müraciət edə bilərlər

Ətraflı: 907 Məlumat Mərkəzi

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!