Sizi “Ailə günü”-nə dəvət edirik

Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçıriləcək.

Noyabrın 26-da Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçıriləcək.

“Ailə günü” tədbirinin keçirilməsində əsas məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaq. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, “Ailə günü” adlı tədbirdə iştirakçılara “İstedad sənsən” − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqəsi, öz xalçanı yarat (kompüter proqramı), xalça pazlını yığ, öyrən və əylən, mini ekskursiyalar – Azərbaycan adət-ənənəsində xalçanın rolu mövzusunda (azərbaycan, ingilis və rus dillərində) mini ekskursiya, nağıl saatı−uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, kukla teatrı − “Cırtdanın nağılı” adlı tamaşa, HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat – psixokorreksiya metodikası olaraq ailədaxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması, Azərbaycan cizgi filmlərini izlə, ustad dərsləri, özün rənglə-rəngli kağızlardan oyuncaqlar düzəlt, dekorativ əl işləri hazırla – burada iştirakçılara telefon koburalarını, pulkisələrini və digər aksesuarları hazırlamağı öyrədəcəklər həmçinin Yekaterina

Kirçu ilə yumşaq oyuncaq hazırla, çay daşları üzərində rəsm, dekorativ bəzək əşyaları hazırla – burada qonaqlar qolbağlar, çələnglər və breloklar düzəldəcək, “Tilda” kuklasını yarat, boşqab üzərində rəsm çək və digər bir-birindən maraqlı proqramlar təqdim olunacaq.

15179127_1512369645445855_7835356102624842837_n 15193682_1512370005445819_8561092178643716651_n 15085674_1512369972112489_1665972547416924524_n 15134727_1512370132112473_688054825687189366_nHəmçinin məhşur memar Elçin Əliyevlə görüş, müsabiqədə iştirak et və hədiyyə qazan – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışacaq.
Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkmək imkanı olacaq və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlanacaq. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: