EventsTəqdimat

Sizi “Ailə günü”nə dəvət edirik

24 dekabr 2016, saat 11:00-19:00
PROQRAM

MÜSABİQƏLƏR

1. Məhşur memar Elçin Əliyevlə görüş – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışacaq. İştirakçılar Bakı-Abşeron abidələrinin rəsmini çəkəcək və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlandırılacaq
Ekspozisiyanın III mərtəbəsi, kinozal
11:00-13:00

2. Yeni il ağacını bəzə (+5)
İştirakçıların sayı məhduddur. 1 oyunda 14 uşaq iştirak edə bilər
Foye
11:30-12:30, 17:00-18:00

ÖYRƏN VƏ ƏYLƏN

3. “Uşaqların yeni il istəyi” – HUMEL Psixologiya Mərkəzi ilə birlikdə psixo-intellektual ailəvi oyun
Ekspozisiyanın I mərtəbəsi, kitabxana
12:00-14:00

4. “Xalçalarda yaşayan əfsanələr” mövzusunda tematik ekskursiyalar (azərbaycan, ingilis və rus dillərində)
Toplantı yeri: foye
12:00 (AZ), 16:00 (İNG), 18:00 (RUS)

5. Nağıl saatı − uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət
Ekspozisiyanın II mərtəbəsi, Qarabağ otağı
14:00-15:00

6. “Dostların görüşü” adlı Yeni il musiqili tamaşası
Ekspozisiyanın III mərtəbəsi, kinozal
13:00-14:00

7. Azərbaycan cizgi filmlərini izlə
Ekspozisiyanın III mərtəbəsi, kinozal
12:00-13:00, 14:00-19:00

8. Yeni il üslubunda “Face Art”
İştirakçıların sayı məhduddur. Proqramda 30 uşaq iştirak edə bilər.
Foye
15:00-16:00

9. Yeni il üslubunda olan çərçivələrlə fotoşəkil çəkdir
Foye
15:00-16:00

USTAD DƏRSLƏR

10. Özün rənglə (+3)
Ekspozisiyanın III mərtəbəsi
11:00-19:00

11. Rəngli kağızlardan oyuncaqlar düzəlt (+3)
İştirakçıların sayı məhduddur – 80 nəfər
Ekspozisiyanın III mərtəbəsi
11:00-13.00, 14:00-15:00

12. Yeni il oyuncaqlarını hazırla (+7)
İştirakçıların sayı məhduddur – 60 nəfər.
Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı
12:00-13:00, 14:00-15:00

13. Dekorativ bəzək əşyaları hazırla (+7) – Yeni il çələngi, 3D yeni il ağacı, kağızdan şaxta baba
İştirakçıların sayı məhduddur – 60 nəfər
Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı
11:00-12:00, 17:00-18:00

14. Yeni il papaqlarını hazırla
İştirakçıların sayı məhduddur – 60 nəfər
Uşaq Muzeyi şöbəsi
11:00-12:00, 16:00-17:00

15. Boşqab üzərində Yeni il mövzusunda rəsm çək (+8)
İştirakçıların sayı məhduddur – 60 nəfər
Uşaq Muzeyi şöbəsi
11:00-12:00, 17:00-18:00 

Frame.az


Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!