Məsləhət

Sizi yaşlı göstərən makiyaj səhvləri

Bəzən səhv tətbiq olunan gözəllik ritualları sizi olduğunuzdan yaşlı və qüsurlu göstərə bilər. Bunun üçün sizə bir neçə məsləhətim olacaq.

Həddən artıq makiyaj
Artıq makiyaj sizi olduğunuzdan fərqli və yaşlı göstərər. Ona görə də daha sadə makiyajdan istifadə etməyiniz məsləhətdir.

Günəş kremi istifadə etməmək
Nəmləndiricidən daha əhəmiyyətli bir şey varsa, o da günəş kremidir. Çünki bu krem dərinizi nəmləndirərkən, eyni zamanda sizi günəşin zərərli şüalarından da qoruyur.

Parıltılı makiyaj məhsulları seçimi
Makiyajın parıltılı olmağı sizi yaşlı göstərəcək. Bu səbəbdən parıltılı makiyaj vasitələrindən uzaq olun.

Gün eynəyindən istifadə etməmək
İstər günəşli və istər küləkli havada gün eynəyinizi taxmağı unutmayın. Günəşli havada gözlərinizi qısaraq baxdığınız hər saniyə, sizdə qalıcı bir qırışıqlığın başlanğıcı ola bilər. Ayrıca göz sağlamlığınız baxımından mütləq şüşəsi keyfiyyətli məhsullar istifadə etməlisiniz.

Alt kirpiklərə tuş çəkmək
Əgər alt kirpiklərinizə tuş çəksəniz bu sizi cazibədar göstərməyəcək. Əksinə göz altınızda olan qırışlaır daha da biruzə verəcək.

Çox nazik qaşlar
Qaşlarınızı nə qədər nazik edərdinizsə, bir o qədər böyük görünəcəksiniz. Məhz bu səbəbdən mümkün qədər qaşların təbii formasını qoruyub saxlasanız daha yaxşı olar.

Sami Ra

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!