Sizin həyatınızı dəyişəcək 10 Dzen prinsipi

Həyata olan baxışınızı dəyişəcək 10 Dzen prinsipi ilə tanış olun. Həyatınızı doğru məcraya yönəltmək üçün bu prinsiplərə əməl etməyiniz tövsiyə olunur.

Əgər bir insanı sevirsənsə onun şəxsi həyatına qarışmayacaqsan. Onun daxili həyatının sərhədlərini aşmağa cürət etməyəcəksən.

Sevgini necə qazanmaq olar barədə düşünməkdən vaz keç. Yalnız nəyisə verməklə əldə etmək olar. Başqa yol yoxdur.

Məhz indi yaşamağa başla. Gələcəkdə baş verəcək həyatı yaşamağa hazırlaşma.

Həyatda bütün əzab-əziyyətlər ona görə baş verir ki, sən yaşamalı olduğunu tam unutmusan və həyatla heç bir əlaqəsi olmayan işlərlə məşğul olmağa başlamısan.

Yaşamaq istəyirsənsə bir şeyi unutma: hər şeyi olduğu kimi qəbul et və özünü də olduğun kimi qəbul et.

Əgər zənginsənsə bu barədə düşünmə, kasıbsana öz kasıblığına ciddi yanaşma.

Mümkün qədər çox səhv et, lakin bir şeyi unutma: eyni səhvi təkrar etmə. Buna əməl et və sənin həyatın dəyişəcək.

Bilməlisən ki, azadlıq ən böyük sərvətdir və əgər sevgi bu azadlığı sənə vermirsə, o sevgi deyil.

Hər kəs bir başqasına necə olmasını öyrədir və heç kim heç vaxt bundan məmnun qalmır.

Sən problem yaratmaq üzrə çox həvəskarsan…sadəcə bunu dərk et və bütün problemlər yox olacaq.

Maraqli.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: