Beynəlxalq Sklerodermiya Gününə həsr olunmuş tədbir keçirilib

29 iyun – Beynəlxalq Sklerodermiya Günüdür. MDB məkanında ilk dəfə olaraq sklerodermiya xəstəlik haqqında məlumatlandırılması və bu xəstəliyə tutulmuş insanların dəstəklənməsinə dair Bakıda tədbir keçirildi.

Sklerodermiya – birləşdirici toxuma ilə yanaşı bəzi daxili orqanları da zədələyən (həzm sistemi, xüsusu ilə qida borusu, ağ ciyərlər, ürək, böyrək), birləşdirici toxumanın bir qrup xəstəliklərinin ümumi adıdır.

Sklerodermiya toxumalar tərəfindən yetişməmiş kollagenin ifrazı nəticəsində inkişaf edir. Kollagen balansının pozulmasına sinir-əzələ disfunksiyası,immun sistemin pozulması zəmin yaradır. Ödemin və mikrosirkulyar pozuntuların inkişafında histamin və serotonin iştirak edir. Bu prosesdə irsi meyllilik də mühüm rol oynayır, ailəvi xəstəlik halları buna sübutdur.

Bu xəstəlik ekstremal amputasiya və nəticədə əlilliyə gətirib çıxarır.

29 iyun tarixində saat 16: 00-da  Bakı Sklerodermiya Klubu və Medprosvet tərəfindən və BUTA Art & Sweets layihəsinin dəstəyi ilə Pullman Baku otelində  tədbir həyata keçirilib.

Tədbirdə 50 nəfər iştirak edib. Tədbir iki hissədən ibarət idi.

Birinci  hissədə revmatoloq Günel Askarova, dietoloq Aysel Atamoğlanova, psixiatr Əziz Mustafayev, Fərhad Əhmədov və psixoloq Firəngiz Həmidova iştirak ediblər.

Tədbir psixoloq Firəngiz Həmidovanın sistemik sklerodermiya ilə bağlı hekayəsini iştirakçılarla bölüşüb. Tədbirin əsas məruzəçiləri düzgün qidalanma, gigiyena və bədən reaksiyaları qaydaları, dərmanların qəbul edilməsi və depressiyanın əlamətlərinin qarşısının alınması üçün vacib məsləhətlər veriblər.

İkinci hissə tanışlıq və məlumat mübadiləsi ilə bağlı idi. Tədbir gənc həkimlər arasında böyük marağa səbəb oldu.

Bildirmək istəyirik ki,  Bakı Sklerodermiya Klubu 3 dekabrda sistemli sklerodermiya xəstəliyinə tutulan  psixoloq Firəngiz Həmidovanın təşəbbüsü ilə yaradılıb.

Bu klub ideyası Medprosvet və Xəzər Rotary Club Bakı tərəfindən dəstəkləndi.

Bu tədbirin həyata keçirilməsində bütün dəstək olan insan və qurumlara təşəkkürümüzü bildiririk!

Tədbirin sponsoru: “Xəzər Rotary Club Baku”, “Pullman Baku”, “Sabina Parfumery & Cosmetic”.

Media dəstəyi Frame.az 

 

 

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: