Şokolad

Şokolad (astek dilindən chocolatl – kakao toxumundan içki) kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatı. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa quru süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır.

Qara (acı) şokolad, südlu şokolad, beyaz, məsaməli və diabetik şokolad növləri olur.

Şokoladın tarixi hələ indiki dövrdə bizə məlum olmuşdur, sən demə 3000 il bundan əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir.

Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəldi. Onların mədəniyyətlərindən bizə çox nadir halda qalan məqamlar məlumdur, yalnız irəli sürülən fikirlərə əsasən məhz “kakao” sözü ilk dəfə olaraq onlar tərəfindən dildə “kakawa” kimi tələffüz edilərək, meydana gəlmişdir. Təxminən 1000 il bizim eradan əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır.

Şokoladın faydaları:

Şokoladdakı yağ qandakı xolesterini artırmır.
Şokolad kalsiumla zəngindir.
Şokolad flor maddəsi ilə zəngindir.
Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır.
Hər gün az miqdarda şokolad yemək qan laxtalanmasının, bu isə öz növbəsində qəfil infartk riskini aradan qaldırır.
Şokolad insanın enerjisini artırsa da, qanda şəkərin miqdarını sürətlə artırmır.
Qəhvə içmək yerinə şokolad yemək daha faydalıdır. Çünki onun tərkibində daha az kofein var.
Şokolad dişə ən az ziyan vuran şirniyyatdır. Çünki südlü şokoladın tərkibində yüksək miqdarda protein, kalsium və fosfat var. Bu maddələr diş minasını qoruyur.
Şokoladdakı yağ qandakı xolesterini artırmır.
Şokoladın tərkibində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: