“Şollerin arxivi” filmi növbəti kuboku qazandı

“Şollerin arxivi” bədii filmi  Hindistanda keçirilən Lake City İnternational Film Festival-da “Ən Yaxşı Film” kateqoriyasının qalibi oldu və birinci yerə çıxaraq kubok qazandı. Qeyd edək ki, Lake City İnternational Film Festival-nın satış üzrə film distribyuterləri filmin Hindistan bazarına çıxarılmasını üçün təklif edib.

Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi beynəlxalq festivallarda uğurlarını ard-arda düzməkdə davam edir.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov  bildirib ki, “Şollerin arxivi” filmi İngiltərənin 27-ci Çiçester festivalında finala yüksəlib.

“Çiçester festivalının Tvitter səhifəsindəki siyahısında filmimiz ikinci göstərilib”.

https://twitter.com/NewParkCinema/status/1031093180526145536

“Social Machinery Film Festival-da da film final mərhələsindədir və bu yaxınlarda da nəticələr əldə olunacaq”.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib.

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: