SON 2 HƏFTƏ: 2019 F1 Azərbaycan Qran Prisi üçün endirimli 4-günlük biletləri əldə etməyə tələsin!

F1 həyəcanını yenidən yaşamaq istəyənlər üçün başladılan ilkin endirim kampaniyasının bitməsinə sadəcə 2 həftə qaldı

Bakı Şəhər Halqası (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, F1 azarkeşləri üçün başladılan endirim kampaniyası, hələki, davam edir. 2019 Formula 1 Azərbaycan Qran Prisi üçün nəzərdə tutulmuş 4 günlük biletləri endirim kampaniyası çərçivəsində 190 AZN-dən başlayaraq əldə etmək istəyənlər www.bakucitycircuit.com saytına müraciət edə bilərlər.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel 2019-cu il tarixlərində baş tutacaq.

Mövsümün ən həyəcanlı və möhtəşəm yarışlarından biri kimi yadda qalan 2018 Formula 1 Azərbaycan Qran Prisi “The Times” “The Guardian” kimi beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən İlin Yarışı adına layiq görülüb.

BŞH azarkeşlərə, 190 AZN-dən başlayaraq, 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək.

BŞH azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 25 aprel tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.

BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edir. Nəzərinizə çatdıraq ki, bu kampaniya yalnız 4 günlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan 4 günlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər.

Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir.

Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.

2019 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri isə  media@bakugp.az elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: