“Sonuncu pərdə”-nin təqdimatı baş tutdu

Ötən gün Alov Qüllələrində yerləşən Park Cinema-da “Sonuncu pərdə” filminin təqdimatı baş tutub.

Tədbirdə filmin yaradıcı heyyəti, aktyorlar, şou-biznes nümayəndələri də iştirak edib. Qeyd edək ki, tədbir günü kinoteatrın bütün zallarında anşlaq qeydə alınıb.

Rejisorluğunu Emil Quliyevin etdiyi filmdə Ekran əsərində Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkiliblər.

Martın əvvəlində rejisor “Pərdə” filminin üçüncü hissəsinin maliyyə problemlərindən dolayı çəkilməyəcəyini desə də, bir müddət sonra çəkilişlər bərpa olunub.

Sabunçu qəsəbəsində baş tutan çəkilişlərin operatoru Orxan Abbasov, layihənin həmtəsisçisi isə Emin İbrahimovdur.

Filmin sinopsisində deyilir:

“Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə, bir anın içində hər şeyini tamahına qurban verib səhv yola addım atırlar. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?”

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: