PR-TanıtımSosialTəqdimat

“Naigin K˚ Tovuz Baltiya” MMC şirkəti 150-yə yaxın imkansız ailəyə ərzaq yardımı edib

Ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına böyük töhfələr verən, Azərbaycanda ilk özəl şərabçılıq şirkətlərindən biri olan “Naigin K˚ Tovuz Baltiya” MMC şirkəti koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə çətin vəziyyətə düşmüş 150-yə yaxın imkansız, aztəminatlı ailəyə ərzaq yardımı edib, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Şirkətdən bildirilib ki, dövlətimizin təhlükəsizliyi və xalqımızın sağlamlığını ən önəmli amil hesab edən möhtərəm Prezidentimizin koronavirus (COVID 19) pandemiyasına qarşı çağırışına “Naigin K˚ Tovuz Baltiya” MMC şirkəti də böyük ruh yüksəkliyi ilə hamı kimi qoşulub.

“Dövlətimizin həyata keçirdiyi bütün qabaqlayıcı tədbirlərə riayət edərək şirkətdə çalışan çoxsaylı işçilərin heç birini ixtisara salmamışıq. Davamlı olaraq onların əməkhaqlarını ödəyərək və karantin qaydalarına riayət edərək üzüm bağlarımızda aqrotexniki tədbirləri optimal müddətlərdə həyata keçiririk. Şərab istehsalını da əvvəlki qayda üzrə davam edərək daxili bazardakı iri ticarət mərkəzlərinin sifarişlərini vaxtında təmin edirik. Xalqımızı bu dəhşətli bəladan sağ-salamat, alnıaçıq çıxması məqsədilə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı qabaqlayıcı və taleyüklü Fərman və Sərəncamlarına əməli işimizlə cavab verməklə onun ətrafında sıx birləşərək, bir əsgər kimi hər bir çağırışına hazır olduğumuzu bildirməklə sadə zəhmətkeş kollektivimiz adından xüsusi təşəkkürümüzü bildiririk, ona bu çətin və şərəfli yolda möhkəm can sağlığı arzu edirik! Bəli, biz Birlikdə Güclüyük!”,- deyə şirkətdən bildirilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!