EventsQalereyaTəqdimat

Sosial problemlər obyektivlərdə layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdiriləcək “Sosial problemlər obyektivlərdə” adlı layihənin formatı foto sərgi-müsabiqədir. Layihənin əsas məqsədi gəncləri sosial problemləri həll etməyə daha çox cəlb etmək, onları həvəsləndirmək və sosial problemləri cəmiyyətdə daha çox işıqlandırmaqdır. Layihədə iştirak etmək istəyən şəxslər dörd kateqoriyadan hər hansı biri üzrə çəkdikləri fotoları sərgi-müsabiqədə iştirak üçün təqdim edə bilərlər: gender bərabərliyi, heyvan haqları, insan sağlamlığı və ətraf mühitin qorunması. Sərgi-müsabiqə Park Bulvar AVM-də keçiriləcəkdir. Əgər siz də sərgidə iştirak etmək və çəkdiyiniz fotoların geniş ictimaiyyət qarşısında sərgilənməsini istəyirsinizsə, aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçin:

https://goo.gl/forms/SR6d2MKGrVSJcqR63

Son qəbul tarixi: 05 noyabr 2016-cı il

Əlvə məlumat üçün:
Tel.: +994 70 904 04 97
E-mail: jamilimran1997@gmail.com
Layihə rəhbəri: Cəmil İmranov

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!