SosialTəqdimat

Övladım və Mən – valideyn və uşaqlar arasında ünsiyyət və davranışın inkişafına dəstək layihəsinə başlanılıb

İşləyən və əsasən də gənc valideynlər üçün övladı ilə ünsiyyət problemi hər zaman aktualdır.

Vaxt – zaman qıtlığı, iş stressi və s. sözlərləri səbəb gətirərək, övladları ilə davranışlarda bəzi xətalara yol verirlər. Bu halda valideyn istəmədən də olsa uşağın psixologiyasına təsir göstərir. Uşağa ya həddindən çox bağlılıq duyur, ya da hədsiz dərəcədə soyuqqanlılıq və ya səbrsizlik göstərir.

Elə bu məqsədlə də, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyi birgə 13 aprel 2019 – cu il tarixində bu və bu kimi bir çox problemlərə kömək olmaq məqsədilə «Övladım və Mən» valideyn – uşaqlar arasında ünsiyyət və davranışın inkişafına dəstək layihəsinə başlayıb. Tədbir Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzində keçirilib.

Maariflənmə  seminarının ilk qonaqları Müsavat, Minval.info, Kaspi, Day.az, Aznews.az, Frame.az informasiya portallarının əməkdaşları  – “Media ailələri” və ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri olub. Seminarı giriş sözü ilə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin sədri Dilşad Musa açaraq və layihə haqqında qısa məlumat verərək ekspertləri təqdim edib.

Ekspertlər ümumi cərrah – koloproktoloq Dr. Türkan Gündüz, nevroloq Rima İbadova, uşaq hekayələri yazıçısı Reyhan Yusifqızı Şıxlinskaya, Vəkillər kollegiyasının üzvü vəkil Ziya Bağırov qonaqlara özlərini təqdim edərək müzakirə zamanı bütün sualları cavablandırıblar.

Bütün iştirakçı və ekspertlər “Təşəkkürnamə”  ilə mükafatlanıdırılıb. “Media ailə”lərinə Nigar Pearls və İmpala Textile-dən hədiyyələr təqdim olunub.

Seminar rəsmi müzakirədən sonra çay süfrəsi ilə davam etdirilib.  Qonaqların və ekspertlərin fikirlərini nəzərə alaraq layihəni daha geniş müstəviyə çıxarmaq planlaşdırılıb. 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!