Şou-biznes və kino ulduzları “Qaragöz” filminin qala-gecəsində iştirak etdilər

16 oktyabr tarixində çoxdandır gözlənilən yerli komediya “Qaragöz”filminin qala-gecəsi uğurla baş tutmuşdur. Premyerada  hörmətli qonaqlar, televiziya, kino, şou-biznes və KİV nümayəndələri, bloggerlər və s. iştirak etmişlər. Gecənin qonaqları filmi ilk izləyənlərdən biri olmaq, həmçinin gecəyə ev sahibliyi edən çəkiliş qrupu ilə ünsiyyət qurmaq imkanı qazandılar.

«Qaragöz» – Orxan Mərdanın rejissorluq etdiyi, komedik dram  janrında çəkilmiş filmdir.

Film Qara ilə Nigarın hekayəsindən bəhs edir. Qara məşhur aktyordur, işinin dahisidir, yaxşı insandır, amma çox yığımcıldır, həddindən artıq simicdir. Bu xasiyyətinə görə də həyatda təkdir. Amma bir gün xəbərsiz olduğu oğlu yanına gəlir və onun həyatı dəyişir. Ilk vaxtlar öz evini oğluna kirayə verir və onlar birlikdə yaşamağa başlayırlar. Qara, səhnədəki tərəf müqabili Nigardan xoşu gəlməyə başlayır. Təbii ki, hər şey pula bağlı olduğu üçün o bu istəyi gizlətmək istəyir. Qara bu məsrəfli dünyada yaşam mübarizəsi veridiyi halda bir gün, pul və həyat qarşısında seçimdə qalır .

«Qaragöz»  – izləyicilərə gərgin iş günündən sonra ürəkdən gülərək dincəlib, gündəlik qayğıları unutduracaq, xoş hisslər bəxş edəcək filmdir.

Filmin baş rollarında Elməddim Cəfərov və Oksana Rəsulova çəkiliblər.

Qala gecədə aktyorlar video çəkib bütün izləyicilərini 18 oktyabrdan Park Cinema kinoteatrlarına filmi izləməyə dəvət etdilər.

Odur ki, “Qaragöz” filmini sabahdan böyük ekranlarda baxa bilərsiniz!

Biletlər:

http://parkcinema.az/movies/view/7432/qaragoz?lang=az

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: