EventsTəqdimat

“Soyuq Əllər, İsti Ürək: Qış Nağılı” Möhtəşəm Açılış Konserti-FOTO-lar

Dekabrın 3-də xeyriyyə yarmarkasının möhtəşəm açılış tədbirində bütün şəhər sakinləri, eləcə də şəhərimizin qonaqları əsrarəngiz Qış Nağılı-nın şahidi oldular.

Konsert proqramı Təbəssüm, Şərq Çırağı, AZTV uşaq vokal qrupunun balaca fidanlarının çıxışı ilə açıq elan olundu. “Зима Fest” uşaq mahnı festivalının iştirakçıları bütün qonaqları rəngarəng mahnıları ilə coşdurdu.

Nero Baleti isə tamaşaçılara dörd fərqli ampluada Qış Nağılı-nı təqdim etdi. Bu səhnəciklər insanlara mehriban, xeyirxah olmağı, hər zaman dəstək olmağı bir daha aşıladı.

Səhnədə həmçinin Azərbaycanın xalq artistləri Mübariz Tağıyev və Samirə Allahverdiyevanın sevilən mahnıları da səsləndirildi.

Konsert proqramı Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Fərqanə Qasımova və Abbas Bağırovun Bül-Bül adına 1 nömrəli məktəbin uşaq xoru ilə birlikdə ifa etdikləri “Körpələrin səsi” mahnısı ilə yekunlaşdı.

Tədbirin təşkilatçısı Amapola Exclusive Events bütün iştirakçılara, həmçinin gecənin aparıcısı Murad Dadaşova öz təşəkkürünü bildirir.

Tədbirdən fotoları sizlərə təqdim edirik. Frame.az Amapola Exclusive Events Soyuq Əllər, İsti Ürək: “Qış Nağılı”

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!