IdmanTəqdimat

“St. Joseph Kuboku Çempionlar Turniri” keçirilib

2018-ci ilin 27-28 oktyabr tarixlərində Hong Kong şəhərinin St. Joseph Kolejində “St. Joseph Kuboku Çempionlar Turniri” keçirildi. Turnir St. Joseph Koleji və Hong Kong Şahmat Federasiyası tərəfindən təşkil edilib.

Həmyerlimiz Kanan Hacıyev bu turnirdə iştirak etmək üçün Daniel Lam tərəfindən dəvət olunmuşdur. Kanan Hacıyev hər ikisi blitzda və rapiddə 3-cü yerə çıxa bilib. Nəticədə final sıralamasında 3-cü yeri tutub. Turnirin İştirakçıları: Arlan Cabe (Sinqapur / Filippin, Şahmat Məktəbinin rəhbəri), Bayarjargal Bayarmaa (Monqolustan, 2017 və 2018 Qadınlar Çempionu), Elizaveta Chetina (Rusiya, 2018 Qadınlar B-qrupu Çempionu), Kanan Hacıyev (Azərbaycan, 2018-ci B-qrup Dünya Çempionu), Arvinder Singh Preet (Hindistan, 2018 Dünya Çempionu), Zhuban Bigabylov (Qazaxıstan, 2016 Dünya Çempionu və 2018-ci il Blitz Çempionu), Kuang Ying Hui (Çin, 2017 Qadınlar Blitz Şahmat üçüncüsü), Daniel Lam (Çin, Hong Kong 2017 Blitz Çempionu).

Həmyerlimiz təçkilaçılar tərəfindən yaradılmış şəraitdən məmnun qalıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!