Stalinin başı təqdim olundu

“Bozbash pictures” komandasının lentə aldığı “Stalinin başı” filminin qala gecəsi keçirilib.

Frame.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasiminə şou-biznesin və incəsənət aləminin tanınmış simaları qatılıb.

Gecədə filmin qəhrəmanlarından biri olan İlkin Həsəni səhnəyə çıxaraq yeni işlərindən bəhs edib. O bildirib ki, komediya janrında olan bu filmin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inanırlar:

“Bundan əvvəl çəkdiyimiz “Axırıncı yol” ən çox baxılan filmlər siyahısına düşdü. Buna görə də bütün tamaşaçılara təşəkkür edirik. İndi isə “Stalinin başı” filmini təqdim edirik. Bu daha hərəkətli və maraqlıdır. İnanırıq ki, istədiyimiz qədər tamaşaçı toplaya biləcəyik. Çəkilişlərimiz Azərbaycanda və Gürcüstanda aparılıb”.

“Stalinin başı”nda İlkin Həsəni ilə yanaşı Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli və başqaları rol alıblar. Filmin rejissoru Emil Abdullayevdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: