CinemaTəqdimat

Stallonedən pərəstişkarlarına süpriz

Silvestr Stallone “Bu bizik” (“This Is Us”) serialının ikinci mövsümündə çəkilib.

Frame.az  “The Wrap” portalına istinadla xəbər verir ki, S.Stallone filmdə Kevin Pirsonun (aktyor Castin Hartli) müəllimi rolunu ifa edəcək. Serialın müharibə haqqında olan bu mövsümündə tamaşaçılar Kevinin atası Cek Pirsonun ölüm səbəbini də öyrənəcəklər.

Xatırladaq ki, “Bu bizik” serialının birinci mövsümü NBC telekanalında ötən il sentyabrın 20-dən başlanıb. Adı çəkilmiş aktyorlardan başqa, filmdə Mendi Mur, Sterlinq Braun, Krissi Mets, Syuzan Keleçi Uotson, Kris Sallivan və Ron Kefas Cons rol alıblar. Serialda eyni gündə anadan olmuş insanların həyatından bəhs olunur. Layihənin “Qızıl qlobus” mükafatının “Ən yaxşı televiziya dramatik serialı” kateqoriyasında, “Critics’ Choice Awards” mükafatının “Ən yaxşı dramatik serial” kateqoriyasında namizədliyi irəli sürülüb. Həmçinin Amerika Kino İnstitutu tərəfindən ən yaxşı televiziya proqramı adını qazanıb.

“Bu bizik” serialının ikinci mövsümü bu il sentyabrın 26-dan NBC telekanalında yayımlanacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!