“Star Kids Group”şirkəti uşaq evinin sakinlərini sevindirib-fotolar

14.06.2017 tarixində “Star Kids Group” şirkəti və Binəqədi Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirində Binəgədi rayonunda yerləşən “Azərbaycan Uşaqları” İctimai Birliyinin uşaq sığınacağından 30 uşaq iştirak edib.

“Star Kids Group MMC” tərəfindən sığınacaqdan gələn bütün uşaqlara geyimlər, ayaqqabılar və ərzaq məhsuları hədiyyə olunub, şou programlı, əyləncəli konsert proqramı ilə onlara unudulmaz gün yaşadılıb.

Azərbaycanın tanınmış mügənniləri Elnur Məmmədov, Niyam Salami, Nurlan Təhməzli öz ifaları ilə uşaqların sevincinə səbəb olublar. Animatorlar, sehirbazlar, köpük şou, alov şou, şar şou onların sevincinə daha da sevinc qatıb.

“Star Kids Group ” şirkətinin direktoru Aygün Əliyeva başda olmaqla, sığınacağın direktoru Vasif Akifli, Samirə xanım və valideyin kollektivi bu xeyriyyə tədbirində böyük əmək sərf ediblər.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbərliyi bu xeyriyyə tədbirini təşkil edənlərə və uşaqları sevindirən hər bir insana öz təşəkkürünü bildirib.

Frame.az

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: