“Bakı-Boston Startap Veb Konfransı 1.0.” keçiriləcək

ABŞ-Azərbaycan Ticarət Palatası, #Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənd ərazisində Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair “Bakı-Boston Startap Veb Konfransı 1.0.” təşkil ediləcək.

Boston şəhəri ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Boston şəhəri, eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır.

Müstəqil araşdırmalara görə, israillilərin təsis etdiyi bizneslər Boston və ümumilikdə, Massaçusets ştatının sənayesində əsas aparıcılardandır. Yalnız 2015-ci ildə bu şirkətlər 9.3 mlrd ABŞ dolları həcmində iqtisadiyyata birbaşa gəlir qazandırmışdır. Ştat iqtisadiyyatına ümumi təsirləri isə 18.1 mlrd. ABŞ dolları həcmində ölçülür. 2013-2015-ci illər ərzində bu şirkətlər 1.2 milyard ABŞ dolları həcmində vençur kapital cəlb etməyə nail olmuşlar.

9 yanvar tarixində, Bakı vaxtı ilə saat 18:00-da İsrailin Nyu-İnqlənd ərazisində Baş Konsulluğunun İqtisadi məsələlər şöbəsinin direktoru cənab Austin Sadağatpur ilə bazara giriş strategiyaları və Bostonda israilli bizneslərin uğurları barədə müzakirələr aparılacaq.

Azərbaycandan konfransa qoşulmaq istəyənlər Azərbaycan Yüksək Texnologiyalar Parkına (High Tech Park Azerbaijan) müraciət etmələri xahiş edilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: